Beynəlxalq Aşpazlar Günündə balaca aşpazlar öz məharətlərini göstəriblər - FOTOLAR

Beynəlxalq Aşpazlar Günündə balaca aşpazlar öz məharətlərini göstəriblər - FOTOLAR

20 Oktyabr - Beynəlxalq Aşpazlar Günü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirin açılışında Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, ölkəmizdə səfərdə olan Moldovanın Əmək və Sosial Müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov iştirak edib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq çərçivəsində qonaqlara Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış bu məkanda həssas əhali qrupuna aid olan şəxslərə göstərilən xidmət istiqamətləri barədə məlumat verilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, otel və restoran şəbəkələrinin rəhbərləri, həmçinin respublikanın tanınmış və peşəkar aşpazları iştirak ediblər.

Mərkəzin foyesində təlimçilərmiz - Azərbaycan Aşpazlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Eynur Nağdəliyevin xüsusi ustad dərsləri təşkil olunub. Mərkəzin Mətbəxində kulinariya istiqaməti üzrə təlim alan benefisiarlar müxtəlif çeşiddə yeməklər hazırlayaraq, bacarıqlarını nümayiş etdiriblər. Tədbirə 20-dən çox şəhid ailəsi üzvü, Mərkəzin benefisiarları-valideynlərini itirmi, valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunublar. Tədbir çərçivəsində Mərkəzin benefisiarlarının ifasında konsert proqramı, əl işlərindən ibarət satış-sərgi də nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə