Sabirabadda şəhidlərə həsr edilən qısametrajlı filmə baxış keçirilib
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsi çərçivəsində hazırlanan qısametrajlı film Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Fərid Hüseynova həsr olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fərid Yaşar oğlu Hüseynov 1997-ci il iyunun 17-də Sabirabad rayonunun Məmişlər kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra F.Hüseynov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanaraq, 2016-cı ilin yanvarında hərbi xidmət müddətini başa çatdırıb.
Azərbaycan Ordusunun əsgəri olan F.Hüseynov 2020-ci sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 31-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Sabirabad rayonunun Qaralar kəndində torpağa tapşırılıb.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidlik göstərdiyinə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Fərid Hüseynov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman anmaqdır.
Şəhid qəhrəmanın döyüş yolu haqqında videoçarxı https://bit.ly/3Tp5h3S link vasitəsilə izləmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB