Ruben Vardanyan "dövlət naziri" olmağa razılıq verib

Ruben Vardanyan "dövlət naziri" olmağa razılıq verib

Milyarder və separatçıların himayədarı, sahibkar Ruben Vardanyan Qarabağdakı separatçıların "dövlət naziri" postunu tutmağa razılaşıb. “Noyabrın əvvəlində mən rəsmən "dövlət naziri" vəzifəsini tutacağam və bundan sonra həll etməli olduğumuz strateji məqsədlərimizi və prioritet vəzifələrimizi ortaya qoyacağam, həmçinin atacağımız ilk addımlar barədə hesabat verəcəyəm”, - Vardanyan deyib.

Onun sözlərinə görə, Ermənistan və Qarabağ ətrafında siyasi hadisələrin necə cərəyan etməsi, Ermənistanın və erməni dünyasının mübaliğəsiz olaraq taleyinin asılı olduğu Qarabağ məsələsinin həlli ətrafında vəziyyətin necə gərginləşməsi onu hədsiz dərəcədə narahat edir: “Mən başa düşürəm ki, artıq düşünməyə vaxtım yoxdur, necə ki, Qarabağdakı erməni xalqına yaxın olmaqdan və onların gələcəyi üçün məsuliyyəti öz üzərimə götürməkdən başqa yolum yoxdur”.

O qeyd edib ki, ay yarım ərzində respublikanın sakinləri, onun siyasi və ictimai xadimləri, müxtəlif ərazilərin və sosial qrupların nümayəndələri ilə görüşlər məni əmin etdi ki, insanlar onun "dövlət naziri" vəzifəsinə namizədliyini dəstəkləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə