"Bizim dostluğumuz, qardaşlığımız əbədidir" - SORĞU

"Bizim dostluğumuz, qardaşlığımız əbədidir" - SORĞU

Bu gün Zəngilan şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Bu açılışda qardaş dövlət ola Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Türk dövlətləri olaraq bir-birinə arxa olan Azərbaycan- Türkiyə hər zaman əsl qardaşlıq münasibətləri sərgiləmişdir. 44 günlük müharibə dövründə də Türkiyə Azərbaycanın yanında olduğunu bildirmiş, ona daim dəstək olmuşdur. Azərbaycan və Türkiyə dövlətlərinin əməkdaşlığı regionda böyük əhəmiyyət kəsb edir. İki ölkə həm iqtidasi, həm siyasi, həm mədəni əlaqələrin inkişaf etdirilməsi üçün birgə səy göstərirlər. Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. SİA olaraq şəhər sakinləri arasında Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı sorğu keçirdik:

Şəhər sakini Çərkəz Şahbazov: “Azərbaycanın çətin zamanlarında Türkiyə bizə dəstək oldu, köməkliklər göstərdi. Biz iki dövlət bir millətik. 44 günlük müharibədə Türkiyənin PUA-ları Azərbaycan üçün böyük bir avantaj oldu. onların köməkliyi ilə biz düşmən əindən torpaqlarımızı xilas etdik”.

Şəhər sakini Daşqın Qəmbərov: “Türkün türkdən başqa qardaşı yoxdur. Hər kəs bir-birinin paxıllığını çəkir. Amma biz bir-birimizə dayaq olmalıyıq. Hər zaman da bir-birimizə dayaq oluruq. Türkiyə bizim qardaşımızdır. Hələ o dövrlərdən ölkələrimiz arasında qardaşlıq, dostluq əlaqələri var”.

Şəhər sakini Vəfa Vəlizadə: “Türkiyə bizim həm qonşumuz, həm müttəfiqimiz, həm də qardaşımızdır. Tez-tez Türkiyəyə gedirik, onlar da bizə səfər edirlər. Həm dilimiz, həm də dinimiz birdir. Azərbaycan və Türkiyə dövlətləri arasında tez-tez razılaşmalar imzalanır. Bizim çətin günümüzdə Türkiyə bizim yanımızda oldu”.

Şəhər sakini Elməddin Şahıyev: "Biz xoşbəxtik ki, torpaqlarımız işğaldan azad edilib. Bu ölkə Başçımız İlham Əliyevin siyasəti nəticəsində oldu. Bu müharibədə qardaş Türkiyənin bizə çox dəstək oldu. Biz qardaşıq. Tarixən də bu belə olub."

Şəhər sakini Balaş Bayramov: "Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan tez-tez ölkəmizə səfər edi. Hətta işğaldan azad edilmiş ərazilərimizə də səfər edir. Onu demək istərdim ki, Türkiyə bizim qardaşımızdır. Biz onlara hər zaman kömək etməyə hazırıq. Həmçinin onlar da bizə kömək etməyə hazırdır".

Şəhər sakini Məlahət Ağayeva: "Güclü bir dövlət üçün güclü əməkdaşlıqlar lazımdır, güclü dostluqlar lazımdır. Azərbaycan dövləti hər zaman güclü əlaqələr yaratmaq üçün işlər göstərmişdir. Biz rahatlıqla deyə bilərik ki, Türkiyə ilə bizim aramızdakı əlaqə çox güclüdür. 44 günlük müharibədə biz iki ölkə olaraq gücümüzü bütün dünyaya göstərdik. Bizim dostlkuğumuz, qardaşlığımız əbədidir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə