Təkrar emal prosesinin əhəmiyyəti nədir ? - EKOLOQ DANIŞDI

Təkrar emal prosesinin əhəmiyyəti nədir ? - EKOLOQ DANIŞDI

“Təkrar emal dedikdə istifadə olunmuş hər hansı bir materialdan olan xüsusilə də qablar və paketlər, metal, plastik və s. materialdan olan məmulatların yenidən emala göndərilməsi və yenidən emal olunaraq istifadə olunması nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib. Onun sözlərinə görə, keçmiş Sovet imperiyası dövründə belə bir ənənə mövcud idi: “Hətta məktəbliləri də buna cəlb edirdilər. Müxtəlif istifadəyə yararsız hala gəlmiş məmulatlar yenidən toplanaraq təkrar emala yönləndirilirdi. İndi də müxtəlif ölkələrdə bu proses mövcuddur. Xüsusilə də məişət tullantılarının yenidən emalı daha aktual məsələdir. Bizim ölkədə də bunun nümunələri var.
Əlbəttə ki, ətraf mühitin təmiz qalması çirklənmənin qarşısının alınması və ətraf mühitin yenidən özünü bərpası üçün təkrar emal prosesi çox mühüm bir məsələdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə