Paytaxtda və regionda insan alverinə qarşı hansı işlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI
“İnsan alveri problemi dünya miqyasında hər bir cəmiyyəti narahat etdiyi kimi, bizim də ölkəmizdə narahatlıqla qarşılanır. Ölkəmizdə insan alverinin qarşısının alınması, cinayət hərəkətlərinə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası istiqamətində DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, digər dövlət qurumları hal-hazırda çox mühüm işlər həyata keçirilməkdədir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova deyib.

Onun sözlərinə görə, bu sahədə həyata keçirilən tədbirlərdə QHT-lərin də rolu böyükdür: “Rəhbəri olduğum "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü olaraq insan alverindən zərərçəkmiş və zərərçəkməsi ehtimal olunan qurbanlara illərdir ki, hüquqi, psixoloji yardımların göstərilməsi, sosial reabilitasiyasının həyata keçirilməsi, əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətdə çoxlu sayda layihələr həyata keçirir.
Hər il olduğu kimi bu il də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Təhlükəsiz səyahət" ölkəmizə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması layihəsinin icra planına uyğun olaraq Bakı Beynəlxalq Hava Limanında, Gəncə şəhərində və Qəbələ rayonunda maarifləndirmə tədbirini həyata keçirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB