Bəzən qorxu valideyndən uşağa ötürülə bilər - PSİXOLOQ AÇIQLADI

Bəzən qorxu valideyndən uşağa ötürülə bilər - PSİXOLOQ AÇIQLADI

“Fobia insanın özünə səbəbini izah edə bilməyəcəyi bir qorxudur. Bu qorxunun öhdəsindən gəlmək, müalicə etmək üçün öncə fobianın haradan və necə yarandığını təyin etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, fobiaların səbəbləri arasında bioloji, genetik, sosioloji və psixoloji faktorlar ola bilər: “Həmçinin, fobia zamanı insanlarda güclü ürək döyüntüsü başlayır, nəfəs çətinləşir, ağızda quruluq olur. Bunlardan əlavə olaraq titrəmə, başgicəllənmə kimi proseslər də baş verə bilər.
Əsasən rast gəldiyimiz sosial faktorlar nəticəsində yaranan fobialardır. Bəzən travmalar, fobialar insanın öz yaşadıqları ilə bağlı olmaya bilər. Bura valideynin də yaşadığı travma aid ola bilər. Hansı ki, valideyn bu fobiasını öz uşağına yansıdıb. Məsələn, həkimə getməkdən valideyn qorxursa, bu zaman uşaq da artıq həkimdən qorxmağa başlayacaq. Yəni bu qorxu valideyndən uşağa ötürüləcək. Buna görə də mütləq şəkildə fobiada hansı faktorların rol oynadığını öyrənmək lazımdır.
Bu gün dünyada 400-dən artıq fobia növü var. İnsanların qorxuları olduqca müxtəlifdir.
Fobianın müalicəsinə adətən psixoloqlar tərəfindən terapiya şəklində başlanılır. Lakin daha ciddi bir məsələ olarsa, bu zaman psixiatr və ya nevropatoloq yardımına da ehtiyac duyulur. Amma əksər hallarda bunlara ehtiyac qalmır. Terapiya zamanı aparılan söhbətlər isə mütləq şəkildə öz nəticəsini verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə