Cəbrayıl rayonun işğaldan azad olunması ilə bağlı CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Cəbrayıl rayonun işğaldan azad olunması ilə bağlı CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Azərbaycan torpaqları 30 ilə yaxın bir müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının Ali Baş Komandanı və Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək üçün əks hücum əməliyyatlarına keçdi. 44 günlük müharibə müddətində müzəffər ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi oktyabr ayının 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. 44 günlük müharibənin sonu Azərbaycan dövlətinin Zəfəri ilə nəticələndi. SİA olaraq şəhər sakinlərinin fikrini öyrəndik:

Şəhər sakini Xalid Quliyev: “2 ildir ki, torpaqlarımız işğaldan azad edilib. Bu qürurverici bir hissdir. Biz öz ordumuzla, əsgərimizlə qürur duyuruq. Torpaqlarımızı işğaldan azad edib öz ərazi bütövlüyümüzü təmin etmişik. Bu yolda çox şəhid vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdaqn şəfa diləyirəm. Var olsun Azərbaycan ordusu! Şəhidlərimiz, qazilərimiz bizim alnımızdakı ləkəni təmizlədi. Vətənin ən dar günündə ona dayaq oldular”.

Şəhər sakini Günay Babazadə: “Torpaqlarımız 30 ilə yaxın idi ki, işğal altında idi. Heç kəs bizə dəstək olmurdu, bizim haqq səsimizə qulaq asmırdılar. Amma biz öz gücümüz sayəsində istədiyimizi əldə etdik. Torpaqlarımızı azad etdik. Hər gün bir şəhərin, kəndin işğaldan azad olunması xəbərini eşidib sevin göz yaşları axıdırdır. Bunu bizə bəxş edən Prezidentimizə də, ordumuza da böyük minnətdarlıq hissi duyuruq”.

Şəhər şakini Telman Həsənov: “30 il az müddət deyil və bu müddətdə öz evindən yurdundan didərgin düşmək asan deyil. Ali Baş Komandanımız və ordumuz bu həsrətə son qoydu. Sevincliyik və qururluyuq. Cəbrayılda Qarabağımızın bir hissəsi olaraq işğal altından azad olundu. Digər işğaldan azad olunmuş torpaqlar kimi canlandı, dirçəldi”.

Şəhər sakini Əzizə Nəsirova: “Hər nə qədər Cəbrayıldan olmasam da, azad olunmasını eşitdikdə qəlbim böyük bir fəxr və sevinc hissi ilə doldu. Əminəm ki, bu hissi damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız duyub. Çünki illərdir öz evini görmək üçün burnunun ucu göynəyən vətəndaşlarımız var idi. Onların hər birini bu vasitə ilə təbrik edirəm”.

Şəhər sakini Dadaş Məmmədli “2 il bundan öncə Azərbaycanın igir oğulları cənab Prezident İlham Əliyevin əmrinə sadiq qalaraq 30 il ərzində düşmən tapdağında qalan torpaqlarımızı azad etdilər. Məhz 44 gün davam edən igidlik səlnaməsini dəyanətli oğullarımız öz qanları ilə Azərbaycan tarixinə həkk etdilər. İşğaldan azad edilən torpaqlarımızın hər biri bizim üçün çox qiymətlidir. Hər gün qarış-qarış alınan torpaqlarımız müqəddəs Ana vətənimizdir”.

Şəhər sakini Nəsibə Mirzəyeva: “Qarabağ hamımızın uzun illərdir ki, yaralı yeri idi. Şükür ki, işğaldan azad olundu. Cəbrayıl Qarabağın gözəl guşələrindən biridir. Baxmayaraq ki, dağıdılıb yerlə yeksan olunub ama əsas odur ki, artıq işğaldan azad olunub. Yenidənqurma işlərindən sonra Qarabağımız cənnətə dönəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə