DMA neçə qazini işlə təmin edib? - QURUM RƏSMİSİ MƏLUMAT VERDİ

DMA neçə qazini işlə təmin edib? - QURUM RƏSMİSİ MƏLUMAT VERDİ

Dövlət Məşğulluq Agentliyi (Agentlik) ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində yaradılan publik hüquqi şəxsdir. Müstəqil Azərbaycan tarixində əhalinin məşğulluğunu təmin etmək məqsədilə yaradılan ilk qurum 12 iyun 1991-ci il tarixli 211 nömrəli Qərarına müvafiq olaraq 1 avqust 1991-ci ildə fəaliyyətə başlayan Baş Məşğulluq idarəsi olmuşdur. Bəs, Dövlət Məşğulluq Agentliyinə qazilər müraciət edir? Neçə qazi işlə təmin olunub? Onlara köməklik edilibmi? Bu barədə SİA-nın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyinin strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev cavab verib.

Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilməkdədir: “Şəhidlərin ailə üzvlərinin, veteranların sosial dəstəklə təminatı tədbirləri sırasında məşğulluq istiqaməti böyük əhəmiyyət daşıyır. Bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və müharibə veteranlarından ibarət 15 521 şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib.

Onlardan 8 838 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Onlardan 6978 nəfəri müharibə veteranıdır.

Həmçinin bu kateqoriyadan olan şəxslərin işlə təminatı da həyata keçirilir. Bu müddət ərzində 6505 şəxs işlə təmin olunma tədbirlərinə cəlb edilib. Onlardan 4824 nəfəri müharibə veteranıdır”.

Mayis Musayev sözlərinə belə davam edib: “Bundan başqa qeyd edək ki, şəhidlərin ailə üzvləri və veteranlar Agentlik tərəfindən peşə hazırlığı urslarına cəlb edilir və onların əmək bazarına çıxışına dəstək göstərilir. Bu istiqamətdə isə 178 şəxslə iş aparılıb ki, onlardan 173 nəfəri müharibə veteranıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə