"Biz bir yumruğa çevrilərək bu torpaqları düşməndən azad etdik” - TELEAPARICI DANIŞDI
“Qarabağ artıq Azərbaycandır. Bizim torpaqlarımız düşmən tapağından azad edilib. Amma bu bizə o qədər də asan başa gəlmədi”. SİA xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan Partiyası -30” mövzusunda YAP Xətai rayon təşkilatının konfransında məşhur teleparıcı Lalə Azərtaş deyib.
Onun sözlərinə görə, bu yolda biz bir adı sevgi və qürurla anırıq: “Bu ad Ümummilli Lider Heydər Əliyevin adıdır. Vətəni sağ edən, Vətəni tam edən şəhidlərdir! Bizim əsgərin qüdrətinin çatdığı yerə düşmənin xəyalı belə çata bilmədi. Bunun nəticəsidir ki, bu gün Qarabağımızda bayrağımız dalğalanır. 30 ildir Qarabağ mütləq işğaldan azad olacaq deyirdilər və bir liderə inanırdılar. Biz bir yumruğa çevrilərək bu torpaqları düşməndən azad etdik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB