Şagirdlər arasında YHQ-na həsr olunmuş tədbir keçirilib - FOTOLAR
"Bakı şəhəri Sabunçu Rayonu Cəfər Cabbarlı adına 178 saylı orta məktəbdə 1-7-ci sinifə qədər yaş aralığında olan şagirdlərlə Yol Hərəkəti Qaydalarına həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə BŞDYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli, BŞDYPİ-nin inspektoru, polis leytenantı Rüstəm Əhmədli, Sabunçu rayonu Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis kapitanı Yaqub Piriyev və digər Sabunçu rayon Dövlət Yol Patrul Xidməti əməkdaşları iştirak edib.
Tədbirin təşkil olunmasında əsas məqsəd uşaqlara Yol Hərəkəti Qaydalarını aşılamaq və onları yollardakı təhlükələrdən qorumaqdır. Bu eyni zamanda DİN-in “Diqqət, uşaqlar” aylığı çərçivəsində keçirilən tədbirlərin bir hissəsi kimidir. Bununla belə bura Sabunçu yol polisini cəlb etməkdə məqsəd paytaxtın mərkəzi rayonları ilə yanaşı, digər böyük qəsəbə və kəndlərində bu tip məsələləri işıqlandırmaqdır.
Tədbirdə pedaqoji kollektivdən xahiş edilib ki, bu cür tədbirlərdə məsələnin həyati əhəmiyyətliliyini, xüsusilə də azyaşlı uşaqlar, yeniyetmələr arasında bu təbliğatın vacib olduğu nəzərə alınsın. Onlar belə tədbirlərin mütəmadi keçirilməsində polisə dəstək olsunlar ki, Dövlət Yol Polisi də yeni formalaşan nəsli daha məsuliyyətli və təhlükələrdən qorumaq naminə bu işləri görə bilsin.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB