“Ötən 9 ay ərzində paytaxt ərazisində 102 nəfər ölüb” - ARAZ ƏSGƏRLİ

“Ötən 9 ay ərzində paytaxt ərazisində 102 nəfər ölüb” - ARAZ ƏSGƏRLİ

“Ötən 9 ay ərzində paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb, 102 nəfər ölüb, 136 nəfər yaralanıb”. SİA xəbər verir ki, bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

DYP rəsmisi deyib ki, bu ilin yanvarın 1-dən oktyabrın 1-dək paytaxt ərazisində ümumi qəzalardan 3-ü motosiklet nəqliyyat vasitəsi ilə baş verib, 1 nəfər vafat edib, 4 nəfər xəsarət alıb: “Moped nəqliyyat vasitəsi ilə 10 hadisə qeydə alınıb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Velosipedlərlə 4 hadisə olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 16 yaşadək (uşaq da daxil) yeniyetmələr arasında 23 hadisə olub, 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Yük avtomobillərinin iştirakı ilə 11 hadisə qeydə alınıb, 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb”.

Qeyd edək ki, ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 143 nəfər ölüb, 264 nəfər isə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə