“Ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb” - ARAZ ƏSGƏRLİ
“Ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 143 nəfər ölüb, 264 nəfər isə yaralanıb”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, bu, ötən dövrlə müqayisədə, yəni 2021-ci ilin 9 ayında hadisələrdə 17 fakt, ölümlərdə 2 fakt və xəsarət alanlarda isə 20 fakt azalma deməkdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB