Soyuq havalar nəyə görə depressiyaya səbəb olur? - PSİXOLOQ DANIŞDI

Soyuq havalar nəyə görə depressiyaya səbəb olur? - PSİXOLOQ DANIŞDI

"Payız fəslində adətən insanlarda depressiyaya meyillilik artır. Bu, bəzən havanın dəyişkən olması, bəzən isə hormonal dəyişikliklərlə əlaqəli olur". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O qeyd edib ki, ümumiyyətlə təkcə payız fəslində deyil, həm də yaz fəslində də bu sindromlar özünü göstərir: "Çox vaxt birdən-birə isti havadan soyuq havaya keçmək və ya soyuq havadan isti havaya keçmək insanların psixoloji vəziyyətlərinə təsir göstərir. Həmişə fəsil dəyişkənliyi depressiyaya meyilli olan insanlara fərqli təsir göstərir. Amma bu çox vaxt xarakterə bağlı olur. Xarakteri dəyişkən olan insanlara bu fəsil dəyişikliyi fərqli təsir edir. Bununla mübarizə aparmaq üçün ən yaxşı üsul həmin vaxtlarda sevdiyimiz işlə daha çox məşğul olmaqdır. Daha çox istirahətə üstünlük verməliyik, özümüzü fiziki olaraq çox yormamalıyıq, neqativ xəbərlərdən uzaq durmalıyıq. Həmçinin mübahisəli məsələlərdən uzaq durmalıyıq. Yəni bunlara nail olmağı bacarsaq həmin o sıxıntı, narahatlıq aradan qalmış olar. Əlbəttə ki, bu hal ancaq psixoloji olmur, bəzən psixatrik, nevroloji müalicə də lazım olur. Ona görə də həkimlərlə, nevropatoloqlarla, psixoloqlarla və psixiatrlarla məsləhətləşmək lazımdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə