2003-cü ilin 15 oktyabr tarixində keçirilmişPrezident seçkilərində müdrik xalqımız doğru-düzgün seçim edərək Heydər Əliyev siyasi kursuna, haqqa-ədalətə, müstəqil Azərbaycanımızın xoş-firavan gələcəyinə, ən layiqli namizədə - İlham Əliyev cənablarına səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü liderlik keyfiyyətləri sayəsində ölkəmiz bu illər ərzində tarixi nailiyyətlər qazandı. 19 il ərzində “Yumşaq güc” siyasətindən məharətlə istifadə edən cənab İlham Əliyev xalqımızın sahib olduğu tarixi, milli, mədəni xəzinəni daha da zənginləşdirdi.Respublikamızda davamlı olaraq keçirilən ümumdünya, Avropa, İslam dünyası miqyaslı və digər yüksək səviyyəli siyasi, iqtisadi, mədəni tədbirlər ölkəmizi bir daha dünya miqyasında tanıtdı, nüfuzunu yüksəltdi, bölgədə aparıcı bir dövlətə çevirdi.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri artıqlaması ilə yerinə yetirdi.MüstəqilAzərbaycanımıza Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olundu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Hamımıza yaxşı məlumdur ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz, Möhtərəm Prezidentimizin bu keyfiyyətləri sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün böyükzəmin yaradılmışdır.
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən,demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Əminliklə qeyd etmək olar ki, demokratik inkişaf yolunda sistemli şəkildə həyata keçirilən tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda mövcud təkmilləşdirilmiş siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin mövcudluğundan və inkişafından xəbər verir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi, Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın bir müddətdə pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan uğurlu, qətiyyətli addım Azərbaycanı Qarabağın azadlığına doğru yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımızın dalğalandırılması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Möhtəşəm Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandancənab İlham Əliyev Prezident kimi qətiyyətli siyasi iradə nümayiş etdirərək, Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyadamübariz, döyüşkən və müzəffər xalq kimitanıtdı.Bununla da “Xoşbəxt adamam ki, atavəsiyyətini yerinə yetirdim!” deyən MöhtərəmPrezidentimiz Ulu Öndər Heydər Əliyevin müqəddəs arzularını da gerçəkləşdirdi.
Fərhad Qocamanov
YAP Qazax rayon təşkilatının fəalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB