Şuşada TDT-nın Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq
Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq.
SİA-nın xəbərinə görə, toplantıda dini liderlərin Birgə Bəyanatı qəbul ediləcək.
Daha sonra isə dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB