Vətən müharibəsi şəhidinin xatirəsi anılıb - FOTOLAR

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb - FOTOLAR

Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin məzunu, Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Sonra Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə