Avtomagistralda suyun çəkilməsi işi sona çatdırılıb - FOTO

Avtomagistralda suyun çəkilməsi işi sona çatdırılıb - FOTO

Məlumat verildiyi kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, belə ki, FHN-in qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə