Daha 4 rayonda “Azəriqaz"ın “Açıq mikrofon” aksiyaları keçiriləcək
Növbəti həftə (17-18.10.2022 və 20-21.10.2022 tarixləri) daha 4 rayonda saat 12:00-dan 13:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyaları keçiriləcək. Bu barədə SİA-ya "Azəriqaz"dan məlumat verilib.
Məlumata görə, aksiya həftənin 1-ci günü Ağsu rayonunda (Bayraq Meydanı), 2-ci günü İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü isə Qobustan rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB