Region gəncləri sərgidə iştirak ediblər - FOTOLAR

Region gəncləri sərgidə iştirak ediblər - FOTOLAR

“İqlim dəyişikliyinə qarşı mübarizə üçün hippoların dünya səyahəti” adlı sərgi çərçivəsində təşkil edilən “İqlim dəyişikliyinə qarşı mübarizədə yeniyetmələrin və gənclərin rolu” müzakirəsi keçirilib. SİA Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) saytına istinadla xəbər verir ki, sərgidə Xəzər, Şəmkir və Tovuz məşvərət şuralarının nümayəndələri təqdimatla çıxış edərək iqlim dəyişikliyinin gündəlik həyata təsiri, gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolu, gündəlik davranışların iqlim dəyişikliyinə təsiri mövzularında gənclər və yeniyetmələrlə müzakirə etmə şansı əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə