”Mənə olunan müraciətlərdə tez-tez bu sualı eşidirəm “Bu uşaq necə olacaq?”. Sevdiyim bir ifadə var, “Baxarsan dahi olar baxmazsan cani olar”. Təəssüf hissi ilə qeyd edim ki, bəzi valideynlər uşaga baxmaq deyəndə yalnız maddi tərəfləri düşünür, yeniyetmələrə gəldikdə isə əlbəttə ki hər yeniyetmə öz dövrünə bənzəyir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, böyüklərdən tez-tez “Bizim dövrümüzdə belə deyildi” ifadəsini eşidirik. Dövr fərqlidir və bugünkü gündə yeniyetmələrin istifadə etdiyi sosial şəbəkələr, baxdıqları filmlər onların psixologiyasına müsbət və mənfi təsirlərini göstərir”.
Psixoloq sözlərinə belə davam edib: “15 il əvvəlki yeniyetmə hansısa xarici filmin baş rolundakı qəhrəmana bənzəmək istəyirdisə, indi hansısa “İnstaqram” fenomeninə bənzəmək istəyir. Təəssüf edirəm ki, bəzi hallarda yeniyetmələr mənfi davranışı böyümək, yaxud güclü olmaq sayır. Valideynlərin öhdəsinə düşən ən birinci yeniyetmə övladı düzgün motivasiya etmək və ona özgüvən verməkdir
Mən, psixoloq olaraq deyə bilmərəm ki, müasir yeniyetmələrlə bağlı vəziyyət çox acınacaqlıdır. Əlbəttə ki mənfiləri ümumiləşdirmək olmaz. Çünki bu gün kifayət qədər böyük uğurları olan nümunəvi yeniyetmələrimiz var”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB