Milli Kitabxana şəhid ailələri və qazilərə hansı güzəştlər edib? - QURUMDAN AÇIQLAMA

Milli Kitabxana şəhid ailələri və qazilərə hansı güzəştlər edib? - QURUMDAN AÇIQLAMA

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon nüsxədən artıqdır. Bəs, şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına hansı güzəştlər edib, yaxud hansı güzəştləri etməyi planlaşdırır? Mövzu ilə bağlı SİA-nın sorğusuna kitabxananın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Kitabxanadan istifadə tamamilə ödənişsizdir: "Əgər, həmin şəxslər tərəfindən hər hansı müraciət olarsa, Milli Kitabxana köməklik göstərməyə hazırdır. Bura çap məhsullarının surətinin çıxarılması və s. məsələlər də daxildir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə