Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 19-da Yevlax, Mingəçevir şəhərləri, eləcə də Ağdaş və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək. Qurumdan SİA-ya verilən məlumata görə, qəbul Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB