Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə SİA-ya bu gün Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki,qərb küləyi 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə