Komandaların üzvləri ilə görüş keçirilib - FOTO

Komandaların üzvləri ilə görüş keçirilib - FOTO

12 oktyabr 2022-ci il tarixində YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması, mini-futbol, sərbəst güləş, yunan-roma güləşi və şahmat üzrə Respublika turnirlərində iştirak edəcək komandaların üzvləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasının yaranması və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu günkü inkişaf mərhələləri haqqında geniş məlumat verən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov tədbirin əhəmiyyəti, məqsədi və məramı barədə ətraflı danışaraq gənclərə müvafiq tapşırıq və tövsiyyələrini verdi, komanda üzvlərinə uğurlar arzulayıb.

Tədbirdə iştirak edən gənclər məsuliyyətlərini yaxşı başa düşdüklərini bildirərək yarışlarda rayon təşkilatını layiqincə təmsil edəcəklərinə söz veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə