Vətən müharibəsi şəhidi Nicat Hüseynovun xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Nicat Hüseynovun xatirəsi anılıb

Şirvanda Vətən müharibəsi şəhidi Nicat Hüseynovun xatirəsi anılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Şirvan şəhər Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Anım mərasimində çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdüyü üçün anasına minnətdarlığını bildirib. Vətən müharibəsinin müxtəlif məqamlarından söz açılıb, rəşadətli Azərbaycan Ordusunun hünərlərindən bəhs olunub. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağı və unudulmayacağı bildirilib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusunun dövlətimizin başçısı tərəfindən orden və medallarla təltif edildiyi vurğulanıb. Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyi diqqətə çatdırılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək, Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildiriblər. Nicat Hüseynovun qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyyəsində xüsusi əhəmiyyətini qeyd ediblər.

Sonda Vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

si şəhidi Nicat Hüseynovun xatirəsi anılıb

Bütün xəbərlər Facebook səhifəmizdə