Qatarların maşinistsiz idarə olunması məsələsinə aydınlıq gətirildi - RƏSMİ

Qatarların maşinistsiz idarə olunması məsələsinə aydınlıq gətirildi - RƏSMİ

"Qatarların maşinistsiz idarə olunması məsələsi "Bakı Metropoliteni"ndə hazırda gündəmdə olan bir məsələ deyil". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, çünki həmin sistemlərə qədər "Bakı Metropoliteni"ndə kifayət qədər çoxsaylı texniki dəyişikliklər olmalıdır: "Xüsusilə mövcud yaşıl və qırmızı xətlərdə dəyişikliklər olmalıdır. Ümumiyyətlə Bakı Metropolitenin müstəqillik dövründə inşa olunan bənövşəyi xətti ən müasir texnologiyaların tətbiqi üçün nəzərdə tutulub və hazırda həmin sistemlər tətbiq olunub. Bənövşəyi xətdə metropolitendə tətbiq olunacaq ən böyük yenilik məhz qatarların radio dalğalarla idarə olunması sistemləridir. Bu sistemlərin tam tətbiqi üçün təbii ki, istifadəyə verilən stansiyaların sayı və quraşdırılan avadanlıqlar çox vacibdir. İlk beş stansiyadan sonra artıq bu məsələlərin həllində nailiyyətlər əldə etmək olacaq. Lakin hazırda metropolitenin bənövşəyi xətti inşa olunub, infrastrukturla bağlı bütün məsələlər həll olunarkən məhz yaxın gələcəkdə həmin sistemlərin tətbiqi nəzərdə tutulur. Bununla belə qatarların maşinistsiz idarə olunması sistemlərinin tətbiqi üçün bir qədər fərqli mexanizmlər tətbiq olunmalıdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə