Dünyada texniki üsulla kitab çapının meydana gəldiyi ilk vaxtlardan bu çap nümunələrinin satışı da təşəkkül tapmağa başlayıb. Hələ XVI- XVII əsrlərdə kitab çapının vətəni Almaniyada - Frankfurt və Leypsiqdə kitab yarmarkaları təşkil edilirdi. Bugünkü kitab yarmarkalarının tarixi isə 1949-cu ildə təşkil olunan Frankfurt yarmarkasından hesablanır. O vaxtdan başlayaraq hər il dünyanın müxtəlif ölkələrində beynəlxalq kitab yarmarkaları keçirilir. Bu tədbirlərdə müxtəlif ölkələrdən gələn naşirlər, yazıçılar, tərcüməçilər, kitabxana işçiləri poliqrafiyanın son nailiyyətləri ilə tanış olur, fikir mübadiləsi aparırlar. Bu yarmarkaların ikisi - Frankfurt və Qahirə kitab yarmarkaları öz möhtəşəmliyi və rəngarəngliyi ilə seçilir.
Qahirədə ilk beynəlxalq kitab yarmarkası 1969-cu ildə - Misir paytaxtının 1000 illiyi münasibətilə təşkil olunub. Hər ilin yanvar-fevralında keçirilən yarmarkanın təşkilatçısı Misir Baş Kitab Təşkilatıdır. İki həftə davam edən kitab nümayişinə 2 milyondan çox adam və minlərlə kitab ticarətçisi gəlir.
Bundan əlavə, hər il Leypsiq, London, Paris, Kvebek, Buenos-Ayres, Moskva, Sankt-Peterburq, Minsk, Vilnüs, Əbu-Dabi, Pekin - ümumilikdə dünyanın 30-dan çox şəhərində beynəlxalq kitab sərgi-yarmarkaları keçirilir. Artıq iki ildir ki, bu şəhərlərin sırasına Bakı da qoşulub.
Statistikaya görə, insan ömrü boyu orta hesabla minə yaxın kitab oxuyur, amma ədəbiyyatla heç maraqlanmayanlar da var. Bu cür laqeydliyin səbəbləri tamamilə fərqli ola bilər, amma nəticə eynidir və təəssüf ki, heç də sevindirici deyil.
Müxtəlif ölkələrin psixoloqları və sosioloqları əmindirlər ki, oxumaqdan könüllü imtina edən insan özünü bir çox üstünlüklərdən məhrum edir.
Həyat bizi təklif olunan şərtlərə uyğunlaşmağa məcbur edir və çox vaxt yalnız illər ərzində qazanılan bacarıq və biliklər onların öhdəsindən gəlməyə kömək edir. Müasir dünyanın bizə çoxlu alternativ məlumat mənbələri təklif etməsinə baxmayaraq, kitablar hələ də onların ən yaxşısıdır. Onların sayəsində nəinki yeni bir şey öyrənə bilərik, həm də müəyyən bir fenomeni keyfiyyətcə təhlil etməyi öyrənə biləcəyik.
Həyatımız çox qızğın olanda, müharibə alovlananda kitab yaddan çıxır. Pandemiyanın başlanğıcında demişdilər ki, ərzaq yoxa çıxacaq, həmin vaxtlarda ümumiyyətlə, kitab satılmadı, hamı ərzaq aldı. Bəzən həddindən artıq korrupsiyalaşmış cəmiyyətlərdə kitab arxa plana keçir.
Bizdə kitaba niyə meyl artır?
Çünki nisbətən korrupsiyaçılıq aradan qaldırılır və adamlar hesab edir ki, təhsil almaqla onlar irəli çəkilə, uğurlu iş qura bilərlər. Ona görə də mütaliəyəyə üstünlük verirlər, amma əvvəllər belə deyildi. Britaniyalı alimlər müəyyən ediblər ki, zehni qabiliyyətlərimiz ömür boyu oxunan kitabların həcmindən birbaşa asılıdır.
Kino sənəti bizim təxəyyülümüzü tam gücü ilə işləmək imkanından məhrum edir - rejissorlar və prodüsserlər bizim üçün mətnin vizuallaşdırılmasının qayğısına qalırlar. Kitablara gəlincə, oxucu öz təxəyyülünü işə salmalı və müəllifin təklif etdikləri əsasında sözün əsl mənasında öz dünyalarını yaratmalıdır. Oxumaq təkcə müxtəlif sahələrdə biliklərimizi genişləndirmir, həm də yaradıcılığı və lateral düşüncəni inkişaf etdirməyə imkan verir.
Kitab yarmarkaları bazarın çap kitabları ilə doyduğu vaxtdan bəri var. Kitab paylama formasının özəlliyi təkcə satış deyil, həm də kitabların və mütaliələrin təbliğidir. Yarmarka kitabsevərlər, yazıçılar və nəşriyyatlar üçün böyük bayramdır. Onlar adətən bir neçə gün ərzində keçirilir. Yarmarkalar beynəlxalq, respublika, regional xarakter daşıyır. Onların səviyyəsi iştirakçıların tərkibindən və sərgilənən kitab məhsulları nümunələrinin sayından asılıdır. Onların formaları çox müxtəlif və maraqlıdır. Yarmarkalar ticarət müqavilələrinin və sövdələşmələrinin aparıldığı, təqdimatların, populyarlıq reytinqlərinin və daha çoxunun keçirildiyi yerdir və bu, tədqiqat üçün seçilmiş mövzunun aktuallığıdır.
Tədqiqatın məqsədi: kitab ticarətinin inkişafı, kitab və mütaliənin təbliği üçün kitab sərgilərinin əhəmiyyətini müəyyən etməkdir.
Azərbaycan paytaxtında da kitab sərgi-yarmarkaları keçirilir. Sərgi-yarmarkalarda nəşriyyatlar buraxdıqları nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı əldə edirlər. Yarmarka bir növ tribunaya çevrilir. Ədəbi aləmin nümayəndələri, naşirlər yarmarkaya həvəslə qatılırlar.
Bəs kitab yarmarkasının ədəbi aləmdə yaratdığı dəyişiklik nədir?
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2022-ci il, 5-9 Oktyabr tarixində Bakı Ekspo mərkəzində, 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.
Sərgi-yarmarka zamanı 5 gün boyunca çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evlərinin iştirak edib. İştirakçılar Sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanıblar.
Sərginin məqsədləri:
Yerli əhali arasında mütaliə mədəniyyətin təşviqi.
Yazıçılar və oxucular arasında görüşlər üçün platformanın yaradılması.
Yazıçı və nəşriyyatların arasında işgüzar münasibətlər qurulması üçün fürsətlərin yaradılması.
Kitab biznesının inkişafı
Sərgi ziyarətçilərinə məlumat verməklə müasir ədəbiyyatın və müəlliflərin təbliğatı.
Ünsiyyət və təcrübə mübadiləsi vasitəsilə, gənc yazıçıların bilik və bacarıq səviyyələrinin artırılması və s aiddir.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB