Azercell qalib jurnalistləri mükafatlandırdı

Azercell qalib jurnalistləri mükafatlandırdı

Lider mobil operator 60-dan artıq jurnalist üçün ingilis dili kurslarını təşkil etdi
“Azercell Telekom”-un KİV nümayəndələrinin inkişafına və onların beynəlxalq
mənbələrdən sərbəst istifadəsinə dəstək olmaq üçün təşkil etdiyi ingilis dili kurslarının
növbəti raundu sona çatdı.
“Language Solutions” tədris mərkəzi ilə əməkdaşlıqda təşkil olunan təlimlər zamanı
mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis
dili biliklərini gücləndirmək imkanı yaradıldı. Media işçilərinin iştirakı ilə Azercell
şirkətinin baş ofisində keçirilmiş mükafatlandırma mərasimində kurslarda ən çox fəallıq
göstərmiş üç jurnalistə rəqəmsal hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azercell 14 ildən artıq bir müddət ərzində jurnalistlər üçün pulsuz xarici dil
kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış
kurslarda iştirak edib. Bundan əlavə, media sahəsində baş verən yenilik və trendlərlə
yerli jurnalistləri tanış etmək, eləcə də, təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən
mütəmadi olaraq xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda
seminar və təlimləri təşkil olunur.
Azərbaycan mediasını hər zaman dəstəkləmək vədinə sadiq qalan Azercell-in KİV
nümayəndələri üçün xüsusi təqdim etdiyi “Mediacell” tarifin paketindən bütün ölkə
boyunca artıq 10 000-ə yaxın jurnalist yararlanaraq güzəştli şərtlərlə mobil xidmətlərdən
istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə