"Bu qərar onu göstərir ki, Covid-19-la mübarizə hələ sona çatmayıb" - DEPUTAT ŞƏRH ETDİ

"Bu qərar onu göstərir ki, Covid-19-la mübarizə hələ sona çatmayıb" - DEPUTAT ŞƏRH ETDİ

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qanun qəbul edilib. Bu barədə deyə bilərəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu qərarı nazirlər kabinetinin bu qərarı xoş niyyətə xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib.

O qeyd edib ki, bu qərarı Covid-19-la mübarizədə bir növ preventiv tədbirlər kimi qiymətləndirə bilərik: "Bu qərar həm də onu göstərir ki, Covid-19-la mübarizə hələ sona çatmayıb. Deməli hələ rahatlaşmaq olmaz. Qarşıdan payız-qış ayları gəlir. Soyuqdəymə və digər xəstəliklər insan orqanizminin immunitetini azaldır. Yəni əgər pandemiyanın sona çatmasını Ümumdünya Səhiyyə Təşkilatı hələ elan etməyibsə deməli pandemiya hələ davam edir. Yoluxma saylarında artım-azalma dinamikasi ölkəmizdə pandemiya ilə mübarizədə sanitar epidemioloji vəziyyətin normal olduğunu göstərir. Həkimlərə əlavə xidmətə görədə vəsaitin ödənilməsi müddətinin artırılması onu göstərir ki, pandemiya başa çatmayıb. Ölkəmizdə bu bəlaya qarşı mübarizədə bütün strukturlar, eyni zamanda həkimlər ayıq-sayıq öz postunda dayanıblar".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə