11 oktyabr 2022-ci il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması, mini-futbol, sərbəst güləş, yunan –roma güləşi və şahmat üzrə Respublika turnirlərində iştirak edəcək komandaların üzvlərinin iştirakı ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, YAP Qazax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə ilk öncə müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq bu mötəbər tədbirin əhəmiyyəti, məqsədi və məramı barədə ətraflı danışıb, gənclərə müvafiq tapşırıq və tövsiyyələrini verib, komanda üzvlərinə uğurlar arzulayıb.
Tədbirdə iştirak edən gənclər məsuliyyətlərini yaxşı başa düşdüklərini bildiriblər və yarışlarda rayon təşkilatını layiqincə təmsil edəcəklərinə söz veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB