Dələduzluq edən şəxslər barəsində hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI
Sosial şəbəkələrdə dələduzluq edən şəxslər artmaqdadır. Bəs bu şəxslər barəsində hansı tədbirlər görülür. Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev SİA-nın sorğusuna cavab olaraq bildirib ki, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir. Özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsinin şahidi oluruq.

Onun sözlərinə görə, həmin şəxslər vətəndaşlara, xüsusilə sayta xarici nömrələrdən zəng edərək və “vatsap” vasitəsilə yazaraq guya alacağı məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kartı məlumatlarını əldə edirlər: "Daha sonra onlar vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.
Bir daha vətəndaşları onlayn alış-veriş zamanı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in “102 – Xidməti Zəng Mərkəzi” həmçinin sosial şəbəkələrdə polisazərbaycan rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB