Pirallahıda triatlon idman növü üzrə “Azərbaycan kuboku” keçirilib

Pirallahıda triatlon idman növü üzrə “Azərbaycan kuboku” keçirilib

9 oktyabr 2022-ci il tarixində Pirallahı qəsəbəində yerləşən Nərəkənd kompleksinin ərazisində Azərbaycan Republikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə Triatlon idman növü üzrə “Azərbaycan kuboku” üzrə turnir keçirilib. Turnir həm fərdi, həm də estafet formatında keçirilib.

Tədbirdə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Rauf Əliyev və Azərbaycan Republikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elçin Qasımov iştirak ediblər.

130 iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət olub. Turnirdə oturum izni olan 35 nəfər xarici vətəndaş da öz qüvvələrini sınayıblar. İdmançılar 5-12 yaş arası uşaqlar üçün qaçış üzrə, 12-17 yaş arası gənclər üçün duatlon (qaçış-2 km, velosiped-8 km, qaçış-1km) rəqabət aparıblar.

Böyüklər üzrə olimpiya məsafəsində idmançılar 1,5 kilometr məsafəyə üzüblər. Sonra idmançılar 40 kilometr məsafəyə velosiped sürüblər, sonda isə 10 kilometr qaçıblar.

Fərdi qaçış üzrə kişilərin mübarizəsində Rostislav Pevtsov birinci,Toğrul Məmmədli ikinci, Come Boulard isə üçüncü olublar.

Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Rəbiyyə Orucova, Alice Atkins və Marina Belan tutub. Komanda yarışlarında Denis Karçaşkin birinci, Cəfər Məmmədov ikinci, Elçin Bəkirov isə üçüncü yerə sahib olublar.

Daha sonra müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib.

Yarışın qalibləri medal və diplomlarla təltif olunublar. Qaliblərə mükafatları Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elçin Qasımov təqdim ediblər. Tədbir şən əhval-ruhiyyədə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə