Tərtərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTOLAR
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Tərtər rayon sakinləri Mirsədi Bağırlının, Ruslan Şahbazovun və Orxan Aslanlının anım mərasimləri keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə Məscidinin imamı mərasimlərdə iştirak edib, şəhidlərin ailələrinə başsağlığı veriblər.
Mərasimlərdə şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB