“Aida İmanquliyevanın əsərləri gələcək nəsillər üçün böyük fəlsəfi məna daşıyan məktəbdir” - GÜNEL MƏLİKLİ
“Platonun fəlsəfəsinə görə ədaləti anlamaq, gözəlliyi duymaq, yaxşını arzu etmək şüurlu həyatın mənasıdır və gözəl əməl başqalarına fayda verən yaradıcılıqdır”. Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun şöbə müdiri Günel Məlikli deyib.

Onun sözlərinə görə, insan özü bir dünyadır, öz günəşi, öz baharı, öz ömrü, öz qışı vardır və ömür aydındır, anidir, keçicidir, fanidir: “Ömrün əvvəli və sonu var. Ölümsüzlüyü öləndən sonra yaşayanlar qazanır. Unudulmaz böyük şərqşünas alim Aida xanım İmanquliyeva kimi.
Akademik Nərgiz Paşayevanın çıxışında qeyd edildiyi kimi “Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da həyatı davam edir. Biz onları görmürük, səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Aida xanım İmanquliyeva sözün əsl mənasında nadir, parlaq bir insan idi və görkəmli alim ürəklərdə özünə bir abidə qoymuşdur”.
Günel Məlikli sözlərinə belə davam edib: “Aida xanımın görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev və əsilzadə ailəsindən olan Gövhər xanım İmanquliyeva kimi müdrik, mehriban, duyğulu, qayğıkeş və tələbkar valideynləri olmuşdur.
Aida xanım İmanquliyeva Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb şöbəsində təhsil almış, Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Ərəb Filologiyası üzrə ərəb dilindən aspiranturanı bitirmiş və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Ərəb Ədəbiyyatından dərs deyərək minlərlə tələbələrin, elm adamlarının, müəllimlərin sadə insanların ömürlərində yaşayan ömrü əbədi sönməyən işıq ömrünə bənzəyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB