"Bu günlərin keçirilməsində əsas məqsəd..." - QURUM RƏSMİSİ AÇIQLADI
Ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirdi. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bildiyimiz kimi, komitədə müəyyən vaxtlarda "Açıq qapı" günləri keçirilir. SİA-nın sorğusuna cavab olaraq "açıq qapı" günləri ilə bağlı Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, ən son "Açıq qapı" günü 22 sentyabr 2022-ci il tarixində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində, İcma Resurs Mərkəzlərində və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçirilib: "Bu günlərin keçirilməsində əsas məqsəd psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə ailələrin maarifləndirilməsi, problemlərin həll olunmasında onlara peşəkar dəstəyin göstərilməsidir".
Teymur Mərdanoğlu sözlərinə belə davam edib: "Bundan əvvəl isə 2 aprel Dünya autizm məlumatlandırma günü ərəfəsində növbəti “açıq qapı” günü 30 mart 2022-ci il tarixində keçirilib. Belə ki, Açıq qapı günləri 11 rayonda təşkil olunub: Şüvəlan, Goranboy, Ağdam, İsmayıllı, Qəbələ, Saatlı, Hacıqabul, Zərdab, Sabirabad və Zaqatala".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB