“Bu fəaliyyət cəmiyyətimiz üçün olduqca faydalıdır” - KOMİTƏ SƏDRİ
“Prezident İlham Əliyev tərəfindən ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun maarifləndirmə tədbirləri daha çox ailə, mənəviyyat, milli kimlik, tolerantlıq, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz mövzuları əhatə edir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının 5-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlər və dövlət siyasət” adlı hesabat-konfransında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, MDTF-nin təşəbbüsü ilə reallaşdırılan layihələr cəmiyyətimizin inkişafına mühüm töhfələr verir, xalqımıza məxsus dəyərlərin təbliği mexanizminin yaradılmasında aparıcı qüvvələrdən birinə çevrilir: “Bu fəaliyyət cəmiyyətimiz üçün olduqca faydalıdır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB