“Mənəvi dəyərlər və dövlət siyasət” adlı hesabat-konfransı keçirilib - YENİLƏNİRFOTOLAR

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının 5-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlər və dövlət siyasət” adlı hesabat-konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov açılış nitqi ilə çıxış edərək bildirib ki, Fond ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.

Daha sonra isə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının 5-ci ildönümünə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə