Azercell-in dəstəyilə hazırlıq keçən şagirdlər medal və mükafata layiq görülüblər
Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə
Azercell-in dəstəyilə hazırlıq keçən şagirdlər medal və mükafata layiq görülüblər
19-25 sentyabr 2022-ci il tarixlərində informatika fənni üzrə Yeniyetmələrin Avropa
Olimpiadasına onlayn qatılan məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Elm və Təhsil
Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif
şagirdi Fuad Qarayev gümüş medala, Quba rayon Fizika, riyaziyyat və informatika
təmayüllü liseyin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev isə həvəsləndirici mükafata layiq
görülüblər.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan
Azercell, ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və
kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük
əhəmiyyət verir.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika üzrə beynəlxalq
olimpiadalara hazırlıq prosesi Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli
Olimpiada komandası ilə məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət
ərzində məktəblilərdən ibarət milli komandamız İnformatika fənni üzrə beynəlxalq
olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 11 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 38
medal əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB