Ağdamda iki nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Ağdamda iki nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı Ağdam rayon prokurorluğuna məlumat daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə