Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti Ağdamda baş verən mina partlayışı ilə əlaqədar məlumat yayaraq, hadisənin təmizlənməmiş ərazidə qeydə alındığını bildirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyəsindən amputasiya edilib.
ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB