YAP Yasamal rayon təşkilatında Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatlarları Cavid Osmanov, Məlahət İbrahimqızı, Səbinə Xasayeva və Ülvi Quliyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi polkovnik-leytenant Ramin Şükürov, AzTv-nin əməkdaşı Firuzə Nadir, Yasamal RİH və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Yap Yasamal rayon təşkialtı tərəfindən İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Sonra tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AzTv-nin əməkdaşı Firuzə Nadirin müəllifi olduğu 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun əziz xatirəsinə həsr olunmuş sənədli film nümayiş edidi. Nisə Rafiqqızının müəllifi olduğu 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun əziz xatirəsinə həsr olunmuş “Yol ver dağlar, yol ver gedim, Kəlbəcərə tələsirəm” adlı kitab haqqında tədbir iştirakçılarına məlumat verildi.
Sonra çıxış üçün söz Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənova verildi. Çıxış edən E.Həsənov bildirdi ki, 44 günlük Vətən müharibəsindəki döyüşlərdə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin, xalqımızın, dövlətimizin, şanlı ordumuzun şücaəti gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi kimi tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələri, düşmən qüvvələrinin Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası tamamilə darmadağın edildi, Ali Baş Komandanın əmrinə hər an müntəzir dayanan hərbçilərimiz düşməni doğma torpaqlarımızdan qovdu.
Çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirdi ki, Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin edərək, tarixi ədaləti bərpa edə bildi. Silahlı Qüvvələrimiz işğal edilmiş əraziləri düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qəti və dönməz iradəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Bu yolda Hüseynzadə Həmidağa Bağı oğlunun timsalında canından və qanından keçən cəmi şəhidlərimizin ruhu qarşında baş əyirik.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Nəzərə çatdırıldı ki, Şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin həm birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi, həm də şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləğinin artırması haqqında fərmanları, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Çıxış edən AzTv-nin əməkdaşı Firuzə Nadir 44 günlük Vətən müharibəsində qəhrəman hərbiçilərimizin rəşadətindən və şəhid Hüseynzadə Həmidağa Bağı oğluna həsr olunmuş sənədli filmin ərsəyə gəlməsi haqqında danışdı.
Sonra şəhid Hüseynzadə Həmidağa Bağı oğlunun təhsil aldığı orta məktəbin şagirdləri tərəfindən bədii kompozisiya təqdim olundu.
Çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağanın atası Bağı Hüseynov bildirdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Qarabağ müharibəsi şəhid ailələri, qazilər və müharibə iştirakçılarına Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və qayğı xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu istiqamətdə Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident mehriban xanım Əliyevanın gördükləri işlərə və şəhidlərimizin adlarının əbədiləşdirilməsində göstərdikləri diqqətə və qayğıya görə öz minnətdarlığımı ifadə edirəm.
Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Hüseynzadə Həmidağa Bağı oğlu ölümündən sonra “Qarabağ” ordeni və "Vətən uğrunda","Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB