Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmalarının ikinci ildönümləri ilə əlaqədar Tərtər rayon sakinləri Bəxtiyar Rəhimlinin, Ceyhun Hacızadənin, Nurlan Şirinlinin, eləcə də mülki şəhid Həsən Məmmədovun anım mərasimləri keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə məscidinin imamı mərasimlərdə iştirak edib, şəhidlərin ailələrinə başsağlığı veriblər. Mərasimlərdə şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB