Keçmiş məcburi köçkünlər tezliklə öz döğma yurdlarına qayıdacaqlar

Keçmiş məcburi köçkünlər tezliklə öz döğma yurdlarına qayıdacaqlar

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi
kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur.

Cənab Prezident mərasim iştirakşılarını Ağdam və digər işğala məruz qalmış ərazilərdə işğalçı Ermənistan
ordusu tərəfindən törədilən bəşəri cinayətlər, vandalizm aktları və dağıntılar barədə məlumat vermişdir.

Qeyd olunub ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində daşları birbir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.

Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və
azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir.

Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb.
Qarabağda Çərqi Zəngəzurda həyata krçirilən geniş miqyaslı tikinti-bərpa işləri barədə danışan cənab Prezident bldirmişdir ki, hazırda Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın müxtəlif bölgələrində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Böyük Qayıdış proqramı başlayıb. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə
baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir. Bu Azərbaycan cəmiyyətində xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və
Sarıcalın kəndlərində bir neçə min insanın yaşaması təmin olunacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir.

Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya
planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış Böyük Qaydş Proqramının icra tempi göstərir ki, keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

Rauf Əliyev, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə