Dövlət icbari şəxsi sığorta kimlərə şamil olunur? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI
“Dövlət icbari şəxsi sığorta dövlət büdcəsi hesabına sığortaolunanların həyat və sağlamlığının mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir”. Bu sözləri DSMF-nin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili SİA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, dövlət icbari şəxsi sığorta hərbi qulluqçulara, məhkəmə və hüquq mühafizə orqanları işçilərinə, Milli Məclisin deputatlarına, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə şamil olunur.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB