"Videogörüntülərin Bakı Metropoliteni ilə heç bir əlaqəsi yoxdur" - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

"Videogörüntülərin Bakı Metropoliteni ilə heç bir əlaqəsi yoxdur" - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

Bildiyimiz kimi, ötən gün sosial şəbəkələrdə "Metropolitenin diplomlu süpürgəçilərindən şok açıqlamalar" başlığı altında videogörüntü yayılmışdı. Mövzu ilə bağlı SİA-ya "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, videomüraciəti etmiş şəxs "Bakı Metropoliteni" QSC-nin əməkdaşı deyil: "Bunu birmənalı şəkildə qəbul etmək lazımdır. Həmin qadının Bakı Metropoliteni haqqında dediyi ifadələrin hər hansısa bir əsası yoxdur".

Bəxtiyar Məmmədov sözlərinə belə davam edib: "Xanımın videomüraciətdə dediklərinə əsasən, o Bakı Metropoliteni stansiyalarında təmizlik işləri ilə məşğul olub. Bunu xüsusi qeyd edim ki, Bakı Metropoliteninin stansiyalarında təmizlik işlərini TAİS şirkəti icra edir. Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq şirkətlə müqavilə imzalanıb və müqavilə öhdəliklərinə uyğun olaraq işlər yerinə yetirilir.

Qeyd edim ki, "Bakı Metropoliteni" QSC-nin əməkdaşlıq etdiyi hər hansı bir qurumun daxili kadr siyasəti və digər məsələlərə qarışmasına istər qanunvericilik, istərsə də hüquqi-etik baxımdan hər hansı bir səlahiyyəti yoxdur. Lakin əldə olunan məlumat TAİS şirkətinə araşdırma üçün göndərilib. Bununla bağlı şirkət müstəqil qaydada, yəni Bakı Metropolitenin heç bir müdaxiləsi olmadan öz araşdırmasını aparacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə