“Qarabağ” klubunun rəhbərliyinə, məşqçi heyyətinə və komandanın üzvlərinə

“Qarabağ” klubunun rəhbərliyinə, məşqçi heyyətinə və komandanın üzvlərinə

Hörmətli klub rəhbərliyi, məşqçi heyyəti və komandanın üzvləri, sizi UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan təmsilçisi “Olimpiakos” üzərində 3:0 hesabı ilə möhtəşəm qələbə qazanmağınız münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda yeni-yeni qələbələr qazanaraq Azərbaycan xalqına daim sevinc hisləri bəxş etməyi arzulayıram.

Siz qədim Azərbaycan torpağı olan Qarabağın adını şərəflə daşıyırsınız və bütün dünyada Azərbaycanı ləyaqətlə təmsil edirsiniz. Sizə bu çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində daha yüksək zirvələri fəth etməyi arzulayıram.

Rauf Əliyev, Milli Məclisin deputatı, AFFA-nın vitse-prezidenti

Bütün xəbərlər Facebook səhifəmizdə