BSU-da Vətən müharibəsi iştirakçılarına hansı güzəştlər edilib? - QURUMDAN AÇIQLAMA

BSU-da Vətən müharibəsi iştirakçılarına hansı güzəştlər edilib? - QURUMDAN AÇIQLAMA

Şəhidlər və onların əmanəti hər bir Azərbaycan vətəndaşı üçün önəmlidir. Biz onlara hər zaman borcluyuq və bu borcu əsla ödəyə bilmərik. Bəs bu gün universitetlər onların əmanətləri ilə bağlı hansı işlər görür? Şəhid övladlarına universitetlərdə hansı güzəştlər olunur? Mövzu ilə bağlı SİA-nın sorğusunu Bakı Slavyan Universitetinin Mətbuat və informasiya mərkəzinin rəhbəri Zeynab Kazımova cavablandırıb.

Bildirilib ki, Bakı Slavyan Universiteti üzrə təhsil alan Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin yaxınlarına təhsil haqlarının ödənilməsində, fərdi və alt qruplarda yerləşdirilməsində xüsusi güzəştlər tətbiq olunur. Eyni zamanda, onlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün universitetdə təşkil olunmuş görüşlərdə fəxri qonaq kimi iştirak edirlər, öz tələbə yoldaşlarına keçirdikləri şərəfli döyüşçü yolu haqqında məlumat verirlər.

Bakı Slavyan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələri tərəfindən universitetimizin tələbəsi olmuş şəhidlər haqda sənədli film hazırlanıb.

Vətən müharibəsi şəhidi Şükürlü Nicat Ayaz oğluna həsr olunmuş "Nicat yolu" filmi çəkilib. Digər şəhidlər haqqında film isə hazırlıq mərhələsindədir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə