Sentyabr ayı üzrə Dövlət Komitəsinə 321 müraciət ünvanlanıb - QURUMDAN AÇIQLAMA
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində sıravi vətəndaşlar, eləcə də qaçqın və məcburi köçkünlər tərəfindən daxil olan çoxsaylı müraciətlərin qəbul edilməsi, operativ qaydada araşdırılması və qanunauyğun şəkildə cavablandırılması məqsədilə 28 mart 2019-cu ildə “Qaynar xətt” xidməti yaradılıb.
Qurumdan SİA-ya verilən məlumata görə, "1657" və (012) 525 41 03 nömrələri ilə əlaqə saxlayan vətəndaşların müraciətləri xidmət əməkdaşları tərəfindən qanunamüvafiq qaydada cavablandırılır və ya aidiyyəti üzrə yönləndirilir. 2022-ci il oktyabr ayının 1-dək “Qaynar xətt”ə 2467 zəng daxil olub. Sentyabr ayı üzrə Dövlət Komitəsinin “Qaynar xətt”inə daxil olan müraciətlərin sayı 321-dir. Bunlardan 103-ü mənzil-məişət şəraitinin yaxşılaşdırılması, 24-ü vahid aylıq müavinət, 16-sı müvəqqəti məskunlaşma obyektinə qeydiyyat, 45-i məcburi köçkün statusunun verilməsi, 82-si digər məsələlərlə bağlı olub. Bundan başqa Dövlət Komitəsinin rəhbər şəxslərinin qəbulunda iştirak etmək üçün 26, işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı 12, həmin ərazilərə qayıtmaqla bağlı sorğuda iştirak etmək üçün 4 və məşğulluq məsələləri ilə bağlı 9 nəfər 1657 nömrəsi ilə əlaqə saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB