İctimai nəqliyyatda gedişhaqqı artırılacaq? - EKSPERT ŞƏRH ETDİ

İctimai nəqliyyatda gedişhaqqı artırılacaq? - EKSPERT ŞƏRH ETDİ

“İctimai nəqliyyatda artıq aidiyyatı qurumlar tərəfindən qiymətartımı ilə bağlı müzakirələr aparılır”. Bu fikirləri SİA-ya açıqlamasıda nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, bu müraciəti daşıyıcı şirkətlər hökumətə ünvanlayıb: “Bunun əsasında da aidiyyatı üzrə araşdırmalar aparılır. Nəticənin nə olacağını zamanla görəcəyik. Ancaq təklif olunan ilkin variant ondan ibarətdir ki, 30 qəpiklik gediş haqqı 40-50 qəpik miqdarında artacağı ehtimal oluna bilər. Yaxud da, dövlət gediş haqqını artırmaya da bilər. Yəni dövlət datasiya şəklində daşıyıcı şirkətlərə pul ödəyir. O pul ödənildikdən sonra qiymət artımı baş verməyə də bilər. İki variant var. Hazırda bu məsələ müzakirə olunur. Düşünürəm ki, hökumət ədalətli qiymət verəcək. Yaxud da az bir miqdarda artım edə bilər. Digər pulu isə datasiya şəklində daşıyıcı şirkətlərə ödəyə bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə